«Bizim köklərimiz» (Наши корни) adlı kataloq çap olunub

Rusiya Federasiyasında yaşayan soydaşımız Günel Yuranın təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə tanınmış Azərbaycan rəssamı və rəngkarı Yuran Məmmədovun rəsm əsərlərini özündə əks etdirən «Bizim köklərimiz» (Наши корни) adlı kataloq çap olunub.

Rəngkarlıq, qrafika, boyakarlıq əsərləri ilə yanaşı, tanınmış rəssamın yaradıcılıq nümunəsi olan əl işləri də kataloqda öz əksini tapmışdır. Rəssam Yuran  Məmmədovun əziz xatirəsinə həsr olunmuş bu kataloqda rəssamın şəxsi xatirə şəkilləri də mövcuddur.

Rusiyanın Moskva şəhərində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində kataloqun təqdimatı keçiriləcək.

Xatırladaq ki, Yuran Məmmədov uzun illər Rusiyada yaşamış, yaradıcılıqla məşğul olmuş, Azərbaycanı layiqincə təmsil etmişdir. Layihə rəhbəri Günel Yuran rəssam Yuran Məmmədovun qızıdır. 

Digər Xəbərlər