Marneulidə yerləşən "Azərbaycan Evi"ndə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev - Gürcüstan azərbaycanlıları" adlı tədbir keçirilmişdir
"Azərbaycan Evi"nin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutan tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun (Fond) və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşları, həmçinin SOCAR Gürcüstan şirkətinin nümayəndələri, bələdiyyə deputatları, elm və ictimaiyyət adamları iştirak ediblər. Tədbir ilk öncə Gürcüstan və Azərbaycan dövlətlərinin himnlərinin səslənməsi ilə başlayıb. Daha sonra Heydər Əliyevin daxili və xarici uzaqgörən siyasətindən, həmçinin dünya azərbaycanlıları ilə görüşlərindən bəhs edən film nümayiş olunub. “Azərbaycan Evin”nin rəhbəri Məhəbbət İmanov tədbiri açıq elan etdikdən sonra Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov qonaqları salamlayaraq Gürcüstan-Azərbaycan dosluq əlaqələrinin tarixi aspektləri, qonşuluqdan strateji müttəfiqliyə uzanan münasibətlərdən, bu münasibətlərin formalaşmasında Heydər Əliyev dühasının rolu barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi əhəmiyyətli layihələrin məhz Gürcüstandan keçməsi onun uzaqgörən siyasətinin nəticəsi, gürcüstan azərbaycanlılarının sosial rifahını yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasətin bir parçası olduğu vurğulanmışdır. Heydər Əliyevin danılmaz xidmətlərinə toxunan Fondun rəsmisi harada yaşamasından aslı olmayaraq hər bir azərbaycanlının qəlbində taxt quran Ulu öndəri sevgi və minnətlə xatırladığını bildirmişdir. Daha sonra Səfirliyin müşaviri Eldar Bayramov, Tika-nın Gürcüstan Nümayəndəliyinin rəhbəri Tuba Özütok, Marneuli Bələdiyyəsinin sədr müavini Rövşən İsgəndərov, SOCAR-ın Gürcüstan Nümayəndəliyinin əməkdaşı Mirzə Süleymanov, Keçmiş Qubernator Levan Mamaladze, keçmiş parlament deputatı, Hidayət Hüseynov, Prezidentin keçmiş müşaviri Mübariz Qarayev və digər qonaqlar çıxış edərək bildiriblər ki, Ulu Öndər istər sovetlər dövründə, istərsə də müstəqillik illərində Gürcüstanla münasibətlərə xüsusi diqqət yetirib. Qeyd olunub ki, dahi siyasətçinin rəhbərliyi və təşəbbüsü ilə Gürcüstanda yaşayan soydaşlarımızın sosial rifah halının yaxşılaşması istiqamətində mühüm addımlar atılıb.
Mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Alyans” Gənclər Mərkəzinin layihəsi əsasında gürcü dilində nəşr olunmuş “Heydər Əliyev – 100” kitabı da gələn qonaqlara təqdim edilib.
Tədbirin ikinci hissəsində Azərbaycan xalqına məxsus milli rəqs və musiqilər təqdim olunub.