Azərbaycan Diasporuna Dəstək Fondunun İtaliyada təqdimatı keçirilib

17-18 may tarixlərində Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin tərkibində İtaliyaya səfər edib. Səfər çərçivəsində Fondun icraçı direktoru Romada İtaliya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis toplantısında iştirak edib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və burada yaşayan 40-dək soydaşımızın qatıldığı tədbirdə Fondun təqdimat mərasimi keçirilib. Fondun fəaliyyət istiqamətləri barədə tədbir iştirakçılarını məlumatlandıran Elşad Əliyev diaspor təşkilatlarının, eləcə də xaricdə yaşayan ayrı-ayrı soydaşlarımızın layihələrinin həyata keçirilməsində bundan sonra Fondun əsas rol oynayacağını qeyd edib. Ardınca Fondun təqdimat filmi, logosu və layihə təqdim edilməsi ilə bağlı infoqrafik videolar nümayiş etdirilib.

Digər Xəbərlər