Komitə əməkdaşları Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə İsraildə proqramda iştirak ediblər

Cari ilin  26 oktyabr - 2 noyabr tarixlərində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, İsrailin Reut Qrupunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin İsrailə səfəri baş tutmuşdur. Sözügedən səfər çərçivəsində nümayəndə heyəti İsrail dövlətinin Yəhudi və İsrail diasporu ilə əlaqələrinin qurulması, eyni zamanda, diaspor fəaliyyəti sahəsində digər dövlətlərlə əməkdaşlıq etməsi, həmçinin Yəhudi və İsrail diasporunun fəaliyyət təcrübəsi kimi sahələrlə yaxından tanış olmuşdur.

Sözügedən səfər çərçivəsində nümayəndə heyəti Təl-Əviv və Yerusəlimdə bir neçə yəhudi diaspor lideri, İsrail universitetləri, beyin mərkəzləri, diaspor fondları və İsrailin Diaspor İşləri üzrə Nazirliyinin nümayəndələri ilə görüşlər keçirmiş, "Yəhudilik, İsrail və Diaspor" mövzusunda təşkil edilmiş konfransda iştirak etmiş və Diaspor Muzeyini ziyarət etmişdir. Müvafiq görüşlər zamanı diasporla əlaqədar qarşılıqlı fikir mübadiləsi aparılmış, Azərbaycanın diaspor quruculuğu sahəsində göstərdiyi fəaliyyət haqqında geniş məlumat verilmiş, hər iki ölkə və xalqların diasporları arasında əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Bu səfər Dövlət Komitəsinin mövcud təcrübə və strategiyasının daha da təkmilləşdirilməsi, həmçinin dünya yəhudi diasporu ilə əlaqələrinin möhkəmləndirilməsinə böyük töhfə vermişdir.

Digər Xəbərlər