“Könüllülər-2020” Azərbaycan Diaspor Gənclərinin III Yay Düşərgəsi

Əziz gənclər,
Sizi 12-19 iyul 2020-ci il tarixlərində Qusar şəhərində keçiriləcək Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak etməyə dəvət edirik.

Layihənin məqsədi: Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gənc nümayəndələrini vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etməkdir. Düşərgə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili”nin elan edilməsinə həsr olunur.
Düşərgədə 18-29 yaşlarında, Azərbaycan dilində ünsiyyət bacarığı olan və tədbir ərzində tam davamiyyətə məsuliyyətli şəxslər iştirak edə bilərlər.
Azərbaycan Diaspor Gənclərinin I və II Yay Düşərgələrində iştirak edən şəxslər təkrar müraciət edə bilməzlər.

İş qaydası: Düşərgədə Azərbaycanın tarixi və memarlıq abidələrini ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, qrup müzakirələri və əyləncəli-maarifləndirici tədbirlər keçiriləcək. Düşərgə iştirakçıları sertifikatla təltif olunacaqlar.

Xərclər: Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak ödənişsizdir. Düşərgənin iştirak xərcləri (yol xərcləri, viza, yaşayış, qidalanma, daxili nəqliyyat, düşərgə ərzində sığorta) təşkilatçılar tərəfindən tam şəkildə qarşılanacaq.

Müraciət prosesi: Aşağıda göstərilmiş bütün sənədlər 2 aprel 2020-ci il tarixinə qədər http://www.diaspora.gov.az/qeydiyyat/ keçidi vasitəsi ilə elektron şəkildə təqdim olunmalıdır.

- Ərizə forması (Namizəd tərəfindən şəxsən doldurulmalıdır)

- Tövsiyə məktubu (Diaspor təşkilatı, Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditasiya olunmuş nümayəndəliyi (səfirlik/konsulluq) və digər qurumlar (təhsil aldığı ali təhsil müəssisəsi, və ya iş yeri) və şəxslərdən möhür və ya imza ilə təsdiq olunmuş formada))

- Namizədin pasportunun surəti
Diaspor Gənclərinin III Yay Düşərgəsinə müraciət etmiş şəxslərlə müraciət müddəti bitdikdən sonra Təşkilat Komitəsi tərəfindən əlaqə saxlanılacaq və namizədlər video müsahibəyə dəvət ediləcəklər. Yekun seçim müsahibə müddəti tam bitdikdən sonra açıqlanacaqdır.

Email: [email protected]
Tel./WhatsApp: +994507622595
Facebook: https://www.facebook.com/DiasporGenclerininYayDushergesi/
Instagram: @diasporacamp.az
Twitter: @DiasporaYouthSC

 

Digər Xəbərlər