Brüsseldə Azərbaycan Diaspor Gənclərinin Qış Məktəbi layihəsi keçirilib

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı və Avropa Gənc Tələbələr və Mütəxəssislər Birliyinin  (AYAPE) təşkilatçılığı ilə 1-8 dekabr tarixlərində Avropanın siyasi paytaxtı Brüssel şəhərində Azərbaycan Diaspor Gənclərinin Qış Məktəbi layihəsi keçirilib. Layihədə Avropa Qonşuluq və Şərq Tərəfdaşlığı siyasətində maraqlı olan, Avropada yaşayan azərbaycanlı gənc mütəxəssis və tələbələr iştirak ediblər. Təlim proqramı çərçivəsində Avropanın aparıcı siyasətçiləri, beyin mərkəzlərinin və qeyri-hökümət təşkilatlarının ekspertləri ilə intensiv görüşlər təşkil olunub. Layihəsi çərçivəsində Renew qrupunun Xarici Əlaqələr üzrə rəhbəri Rune Glasberglə, Avropa İttifaqı - Orta Asiya Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üzvü Andris Amerikslə, Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üzvü Petar Vitanov və Renew Qrupunun üzvü İlhan Küçük ilə görüşlər keçirilib.

Digər Xəbərlər