İspaniyada Həmrəylik Günü ilə bağlı tədbir keçirilib

22 dekabr 2019-cu ildə İspaniyanın Barselona şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarına həsr olunmuş tədbir keçirilib. Fondun maliyyə dəstəyi və Barselonada Azərbaycan Cəmiyyəti  ictimai birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə əsasən Kataloniyada yaşayan azərbaycanlılar və həmçinin ölkəmizin xarici dostları iştirak edib.  Daha sonra tədbirdə təşkilat tərəfindən 2019-cu il üzrə həyata keçirilmiş tədbir və fəaliyyətləri özündə əks etdirən hesabat xarakterli video çarx nümayiş etdirilib.Tədbir çərçivəsində həmçinin  azyaşlı həmyerlilərimizə bayram hədiyyələri təqdim edilib.

Digər Xəbərlər