Virtual İntelektual Oyun həyata keçiriləcəkdir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu xaricdə yaşayan diaspor nümayəndələrini 16-25 Aprel 2020-ci il tarixində həyata keçiriləcək Virtualİntelektual Oyunda iştirak etməyə dəvət edir.

Layihənin əsas məqsədi xaricdə yaşayan azərbaycanlıların koronavirus epidemiyası səbəbiylə karantin rejimində evdə qaldıqları müddətdə intellektual oyuna cəlb etməkdir. Eyni zamanda, karantin günlərində diaspor nümayəndlərinin asudə vaxtlarından səmərəli təşkilinə kömək etmək, xaricdə yaşayan soydaşlarımıza yüksək əhval-ruhiyyə bəxş etmək və diaspor nümayəndələrinin intellektual səviyyədə biliklərinin artırılmasına, zehni inkişafını stimullaşdırmasına və vətənpərvərlik hissini gücləndirməsinə töhfə verməkdir.

Layihədə iştirak şərtləri:

  • Hal-hazırda xarici ölkələrin birində yaşamaq;
  • 4 nəfərdən ibarət komanda yaratmaq;
  • Komandan üzvlərini [email protected] elektron poçt ünvanından qeydiyyatdan keçirmək (Komandanın adı, üzvlərin adı, soyadı, əlaqə nömrəsi və elektron poçt ünvanını qeyd etməklə);

Qeyd: qeydiyyat zamanı komandanın kapitanının adını fərqləndirin.

  • İnternetə davamlı olaraq çıxışı olmaq;

Layihə virtual olaraq Azərbaycan Diasporuna Dəstək Fondunun facebook səhifəsində həyata keçiriləcək https://www.facebook.com/AzDiasporaFund/

10 gün ərzində hər gün 3 sual olmaqla facebook sosial şəbəkəsində Azərbaycan Diasporunun tanınmış simaları tərəfindən səsləndiriləcəkdir. Komandanın kapitanı sualların düzgün hesab etdikləri cavabını Whatsapp vasitəsilə +994507622595 nömrəsinə göndərəcəklər.Hər suala cavab vermək üçün 5 dəqiqə vaxt müəyyən olunmuşdur. Düzgün cavablar hər günün sonunda ətraflı şəkildə facebook sosial şəbəkəsi vasitəsilə yayımlanacaqdır. 10 günün sonunda ən çox düzgün cavab vermiş komanda qalib elan olunacaq və 1000 AZNdəyərində mükafat qazanacaqdır.

Qeyd: Qeydiyyatdan keçən ilk 10 komanda intelektual yarışda iştirak haqqı qazanacaqdır.

Digər Xəbərlər