Azərbaycan Diasporuna Dəstək Fondu və "British Petroleum" şirkətinin Azərbaycan filialının Sosial İnvestisiya Qrupunun nümayəndələri arasında görüş olub

Azərbaycan Diasporuna Dəstək Fondu və

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev və Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə Soaial İnvestisiya Qrupunun rəhbəri Xalid Rəcəbov 25 iyun 2019-cu il tarixində BP Xəzər Mərkəzində görüş keçirib. Görüşün mahiyyəti Fond tərəfindən həyata keçiriləcək layihələrdə “BP Azerbaijan” şirkəti ilə tərəfdaşlığın əldə olunması və gələcək perspektivlərin müzakirəsindən ibarət olub. 

İlk növbədə Elşad Əliyev Fondun yaradılma məqsədi, fəaliyyəti və gələcək hədəfləri ilə bağlı ətraflı məlumat verib. Xalid Rəcəbov öz növbəsində  "BP" şirkətinin "Korporativ Sosial Məsuliyyət" proqramı haqqında məlumat verərək bildirib ki, cəmiyyəti narahat edən sosial problemlər xüsusilə də, ekologiya sahəsində müxtəlif layihələr reallaşdırırlar.

Daha sonra gələcəkdə  həyata keçiriləcək layihələrdə “BP Azerbaijan” şirkəti ilə tərəfdaşlığın əldə olunması üzrə müzakirələr aparılıb.