Azərbaycan Diasporuna Dəstək Fondu və Yüksək Texnologiyalar Parkının nümayəndələri arasında görüş olub
Aprelin 18-də Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev və Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüş zamanı E.Əliyev Fondun fəaliyyət istiqamətləri haqqında Yüksək Texnologiyalar Parkının nümayəndələrinə geniş məlumat verib. Fondun əsas məqsədlərindən birinin xaricdə yaşayan azərbaycanlıların startap layihələrinin və innovativ ideyalarının reallaşmasına dəstək vermək olduğunu bildirib. Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli də öz növbəsində Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndələrini Parkın fəaliyyəti ilə yaxından tanış edərək, İnnovasiyalar Agentliyinin gələcək tədbir və planları ilə bağlı ətraflı məlumat verib.
Daha sonra tərəflər arasında qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.