Gürcüstanda “Gənclər gələcəyimizdir - Təhsil millətin gələcəyidir” adlı layihə həyata keçirilib

01 Aprel 2019
Gürcüstanda “Gənclər gələcəyimizdir - Təhsil millətin gələcəyidir” adlı layihə həyata keçirilib

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə Gürcüstanın Marneuli rayonunda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi tərəfindən “Gənclər gələcəyimizdir - Təhsil millətin gələcəyidir” adlı layihə həyata keçirilib.

Layihənin əsas məqsədi Gürcüstanda yaşayan azərbaycanlı gənclərin maarifləndirilməsinə, öz tarixi-keçmişini dərindən öyrənməsinə, həmçinin gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə nail olmaqdır. Layihə çərçivəsində həyata keçirilən Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, Gürcüstan tarixi, Dünya tarixi, İngilis dili, Gürcü dili, Məntiq, Məktəbəqədər hazırlıq kursları Marneuli və bir sıra ətraf rayon və kəndlərin sakinlərinə xidmət edir.