Torontoda "Azərbaycan Əfsanəsi" adlı mədəniyyət tədbiri keçirilib

20 Aprel 2019
Torontoda

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə Kanadanın Toronto şəhərində Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblı tərəfindən "Azərbaycan Əfsanəsi" adlı konsert layihəsi həyata keçirilib.

Konsertdə milli musiqi əlatlərində məşhur Azərbaycan əsərləri səsləndirilib. Həmçinin “Azərbaycan Rəqs Ansamblı” tərəfindən milli rəqs nümunələrindən ibarət ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.  Ansamblın bədii rəhbəri Şərvin Şadpur tədbirdə çıxış edərək zəngin mədəniyyətimizin və incəsənətimizin təbliğinə və təşviqinə verdikləri töhfəyə görə Azərbaycan Diasporuna Dəstək Fonduna, göstərdikləri böyük marağa görə isə tədbir iştirakçılara minnətdarlığını bildirib.