Kanadada Nəsimi yaradıcılığı ilə bağlı tədbir keçirilib

20 Oktyabr 2019
Kanadada Nəsimi yaradıcılığı ilə bağlı tədbir keçirilib

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə Nəsiminin 650 illik yubileyi münasibəti ilə Kanadanın Toronto şəhərində bədii tədbir keçirilib. Kanada Azərbaycan İncəsənət Mərkəzi tərəfindən keçirilən tədbirdə Azərbaycanın Kanadadakı səfirliyinin müvəqqəti işlər vəkili Fuad Əliyev, Türkiyə Respublikasının baş konsulu Sinem Mingah, Azərbaycanın Xalq atisti Ramiz Həsənoğlu və Kanadada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri iştirak edib.