25 oktyabr 2019-cu il tarixdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Ukraynanın paytaxtı Kiyev şəhərində "Azərbaycan-Ukrayna Gənclərinin I Forumu”na start verib. Forum Azərbaycan Diasporuna Dəstək Fondu və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə maliyyə dəstəyi ilə reallaşdırılıb. Kiyev Milli Texnologiya və Dizayn Universitetinin Elmi, pedaqoji və beynəlxalq fəaliyyətlər üzrə prorektoru, professor, texniki elmlər doktoru, Çaban Vitaliy Vasilieviç çıxışı zamanı Ukrayna-Azərbaycan əlaqələrindən, ikitərəfli münasiblərin inkişafında gənclərin rolundan və bu tipli Forumların əhəmiyyətini vurğulayıb. ASGA sədri Səbuhi Abbasov layihənin əsas məqsədinin yerli QHT-lərdə, media qurumlarında çalışan gənclərlə Ukraynadakı gənclər arasında koordinasiyanı təmin etmək, Azərbaycan həqiqətlərini Ukraynada yaymaq, gənclərin beynəlxalq aləmə inteqrasiyasını təmin etmək, ölkəmizin turizm potensialını dünyaya nümayiş etdirməkdən ibarət olduğunu qeyd edib. Tədbirdə 65 nəfər gənc iştirak edib.