Litvada Bayraq günü münasibətilə intellektual yarış keçirilib

20 Noyabr 2019
Litvada Bayraq günü münasibətilə intellektual yarış keçirilib

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və Litvada yaşayan gənc azərbaycanlı Nərmin Əliyevanın təşkilatçılığı ilə Kaunas şəhərində Nə? Harada? Nə zaman? oyunu keçirilib. Quiz formatlı yarış Azərbaycan dili, mədəniyyəti, tarixi ilə bağlı mövzulardan ibarət idi. Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə münasibətilə keçirilən intellektual yarışmada yerli və xarici gənclər iştirak edib.