İsraildə Azərbaycan musiqisi nümunələrindən ibarət konsert keçirilib

28 Noyabr 2019
İsraildə Azərbaycan musiqisi nümunələrindən ibarət konsert keçirilib

Salman Rabayevin rəhbərliyi altında yaradılmış ansamblın müşayəti ilə Təl-Əvivdə “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının tədbiri çərçivəsində Azərbaycan musiqisi nümunələrindən ibarət konsert proqramı həyata keçirilib. Sion Salman Rabayev Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə 2019-cu ilin avqust ayında Bakıya gələrək əməkdar artist Elşan Mansurovdan ustad dərsləri alıb, Fond həmçinin ansamblın fəaliyyətinə texniki dəstək olub.