Xaricdə yaşayan azərbaycanlıların öz milli və vətəndaş hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirdikləri fəaliyyətin, onların sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi və hüquqi problemlərinin həlli ilə bağlı tədbirlərin dəstəklənməsi Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyət istiqamətlərindən biridir. Türkiyədə yaşayan diaspor nümayəndələrimizin say çoxluğunu və onların üzləşdiyi problemləri nəzərə alaraq Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə “Türkiyə Respublikasında yaşayan azərbaycanlılara hüquqi dəstək” adlı layihəyə start verilir.
Layihənin məqsədi Türkiyə Respublikası ərazisində müvəqqəti və ya daimi olaraq yaşayan, təhsil alan, əmək fəaliyyəti ilə məşğul olan, qısa müddətli və ya uzun müddətli Türkiyəyə gəlmə zərurəti olan həmvətənlərimizə müxtəlif istiqamətlərdə hüquqi məsləhətlər vermək, səlahiyyətli dövlət orqanlarına yönləndirmək və miqrasiya məsələlərində məlumatlandıraraq hüquqi dəstək xidmətinin təşkil edilməsidir. Soydaşlarımız hər növ hüquqi məsələlərlə dair şifahi və yazılı məsləhətlər, həmçinin izahatlarla hüquqşünas, Ankara Universiteti Sosial elmlər və hüquq fakültəsinin dosenti Ləman Süleymanlı tərəfindən təmin edəcəkdir.
Bu xidmət Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunda çərşənbə axşamı 09:00-13:00 arası, KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Mərkəzində isə həftənin şənbə günü 12:00-15:00 arası ödənişsiz əsaslarla həyata keçiriləcəkdir.
Ünvan və əlaqə vasitələri:
KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Mərkəzi- Kültür mahallesi, DR.Mediha Eldem sokak 41/3, Merkez Çankaya /Ankara
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu- Diplomatik Site, Baku Sok. No:1, 06450 Oran, Ankara
+905534124929
suleymanlileman1@gmail.com