Azərbaycan Diaspor Gənclərinin Görüşü

01 Fevral 2020
Azərbaycan Diaspor Gənclərinin Görüşü

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Heydər Əliyev Fondunun və ölkəmizin Avstriyadakı səfirliyinin dəstəyi ilə  fevral ayının 1-2-də Vyana şəhərində Gənclər günü münasibətilə Azərbaycan Diaspor Gənclərinin Görüşü layihəsi həyata keçirilib. Layihənin məqsədi xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin bir araya toplanması, onların vətənlə bağlılığının daha da gücləndirilməsi və yaşadıqları ölkədə Azərbaycan diasporunun fəallığının artırırılması və lobbiçilik fəaliyyətinin gücləndirilməsi idi. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun çatdırılması, Azərbaycanın tarixi, mədəni irsi və adən-ənənələrinin davamlı təbliği, azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində, koordinasiyalı şəkildə fəaliyyətini təmin etmək, müxtəlif layihələr icra etməklə diaspor fəaliyyətinin inkişafına, xaricdə yaşayan soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyasının gücləndirməsinə nail olmaqda layihə əhəmiyyətli rol oynayır.

Layihənin açılış mərasimində Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Fövqaladə və Səlahiyyətli Səfiri Qalib İsrafilov, Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusibova, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev çıxış edib. Diasporla iş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun həyata keçirdiyi fəaliyyət üzrə video-çarx təqdim olunub. Görüş günün ikinci yarısında diaspor fəaliyyətinin inkişafında gənclərin rolu istiqamətində müzakirələrlə davam edib. Layihə çərçivəsində "Milli kimlik və diaspor siyasəti", "Sahibkarlıq və innovasiya", "Əməkdaşlıq və təhsil"  həmçinin, mədəniyyət, turizm və idman mövzuları üzrə işçi qruplarda müzakirələr aparılıb. Tədbirdə ABŞ, Kanada, Rusiya, Türkiyə, İsrail, Çin, Cənubi Koreya, Gürcüstan və Avropa ölkələrindən 70 nəfər gənc iştirak edib.