Ankarada “Azərbaycanda sənət, ədəbiyyat, musiqi, teatr, opera” adlı sərgi təşkil edilib
12-14 dekabr tarixlərində Ankarada “Dünyada yüksələn Azərbaycan dövləti, Azərbaycanda sənət, ədəbiyyat, musiqi, teatr, opera” adlı sərgi təşkil olunub. Yeni Azərbaycan Yardımlaşma və Mədəniyyət Dərnəyinin təşkilatçılığı və Fondun maliyyə dəstəyi keçirilən sərgidə keçmiş Mədəniyyət və Dövlət naziri Namik Kamal Zeybək, Türkiyə-Azərbaycan Parlamentlər Arasi Qrupun sədri, Ak Parti İstanbul Millətvəkili Şamil Ayrım, Demokrat Parti Sədri Gültəkin Uysal, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin keçmiş Ombusmanı Prof. Dr. Zahra Odyakmaz və bir çox elm və ictimaiyyət nümayəndələri iştirak ediblər. Sərgi Azərbaycan həqiqətlərini və yaxın keçmişimizi türk ictimaiyyətinə daha yaxından tanıtmaq məqsədilə təşkil edilib.