Estoniyada yaşayan azərbaycanlı rəssamın 80 illik yubileyi qeyd edildi
18 avqust 2020, Estoniyada Azərbaycan Evində azərbaycanlı rəssam Şamil Əliyevin 80 illik yubileyinə və Estoniya Respublikasının Müstəqilliyinin bərpasına həsr olunmuş sərgi keçirilib.
Estoniya Azәrbaycan Mədəniyyət Mәrkəzinin sədri Niyazi Hacıyev və Estoniyada Azәrbaycan Evinin rəhbəri Zәhra Qәhrәmanlı tədbiri açıq elan edәrək, Şamil Әliyevin yaradıcılıq fәaliyyətindən tədbir iştirakçılarına mәlumat verib.
Tәdbirdə Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyinin əməkdaşları, Türkiyə Cümhuriyyətinin Estoniya Respublikasındakı səfiri, Estoniya Parlamentinin, Mədəniyyət Nazirliyinin üzvləri, Tallin şəhər bələdiyyəsinin, İnteqrasiya Fondunun və eyni zamanda Estoniyada yaşayan milli azlıqların nümayəndələri, incəsәnət xadimləri iştirak ediblər.
Qonaqlar Evin foyesində Estoniyanın Narva şəhərində yaşayan azərbaycanlı rəssam Şamil Əliyevin həyat və yaradıçılığını əks etdirən əsərlərdən ibarət sərgi ilə tanış olublar.
Estoniya Respublikasının Mədəniyyət naziri cənab Tõnis Lukas tərəfindən azərbaycanlı rəssam Şamil Əliyev xalqlar və mәdəniyyətlərarası töhfəsinə görә təşəkkürnamə ilә təltif olundu. Mədəniyyət nazirinin müşaviri xanım Anne-Ly Reima təşəkkürnaməni rəssama təqdim etdi. Bundan әlavə, rәssam Estoniya İnteqrasiya Fondunun rəhbәri xanım İrene Käosar tәrәfindәn Azәrbaycan zәngin mәdəniyyәtini və incәsənətini qoruyub, gənc nәslə ötürdüyünə görә də tәşәkkürnamə ilə təltif edildi. Təşәkkürnamə Fondun nümayәndәsi xanım Kristina Pirgop tərəfindәn təәqdim edildi.
Tәdbir konsert proqramı ilә davam edib. Proqram çərçivəsində isə İngiltərədə yaşayan məşhur eston opera ifaçısı Maria Veretenina, Polşada yaşayan eston musiqiçi Daniel Julle və azərbaycanlı gənc Nərgiz Әskərova iştirak edərək qonaqlara xoş musiqilər nümayiş etdiriblər.
Sərgi Estoniyada Azərbaycan Evində 18 sentyabr 2020-ci il tarixinədək nümayiş etdiriləcək.