Xaricdə yaşayan həmvətənlərimizin nəzərinə!

Hörmətli soydaşlar, dəyərli həmvətənlər.

Çoxsaylı müraciətlərinizi nəzərə alaraq bildirmək istərdik ki, bu günə qədər ana vətənin yanında olduğunuzu maddi və mənəvi dəstəyinizlə hər an hiss etdik və bunun üçün hər birinizə sonsuz təşəkkürlərimizi bildiririk.

Etdiyiniz ianələr humanitar istiqamətlərdə xərclənməklə yanaşı, bilmənizi istərdik ki, vətənin müdafiəsində, yaraların sarılmasında göstərdiyiniz maddi dəstəklərlə bağlı ictimaiyyət mütəmadi məlumatlandırılacaq.

Azərbaycan Diasporuna Dəstək Fondu olaraq bundan sonra da humanitar məqsədlərlə maddi dəstəyinizin ehtiyac olan istiqamətlərə yönləndirilməsində sizlərə kömək göstərməyə hazırıq.  Edəcəyiniz bütün ianələr Sizlərin istəyinə uyğun olaraq tələb etdiyiniz istiqamətlərə xərclənəcək.

Göstərəcəyiniz yardımlarla bağlı bütün suallarınızla Diasporla İş üzrə Dövlət Komitəsinin məsul şəxsi Şahin Camalovla ([email protected], +994503484949, +994124931054 əlaqə vasitələri ilə) və Azərbaycan Diasporuna Dəstək Fondunun məsul şəxsi Xıdır Kazımovla ([email protected]; +994125250600; +994507622595) əlaqə vasitələri ilə) əlaqə saxlaya bilərsiniz.

Vətənimizin bütövlüyü naminə torpaqlarımızın yağı düşməndən azad olunmasında bir olmaq arzusu ilə Azərbaycan Diasporuna Dəstək Fondu.

Digər Xəbərlər