Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının II Toplantısında Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib

26-27 iyun 2021-ci il tarixdə Türkiyənin İstanbul şəhərində həmvətənlərimiz uzun müddətli fasilədən sonra bir araya gəlib. 

Tədbirin ilk günündə Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının II Toplantısı keçirilib.

Koordinasiya Şuralarının ötən dövr ərzində həyata keçirdikləri fəaliyyətlərlə bağlı hesabatları dinlənilib.

Azərbaycan Diasporuna Dəstək Fondunun 3 illiyi münasibətilə tədbir iştirakçılarına bu dövr ərzində fəaliyyətimizi əks etdirən video çarx təqdim edilib. Fondun yaradılması və əsas fəaliyyət istiqamətləri,  müraciət formaları, layihələrin həyata keçirilməsi və hesabatlılıq haqqında Fondun icraçı direktoru Əkrəm Abdullayev, əməkdaşları Xıdır Kazımov və Zeynəb Sabirli tədbir iştirakçılarını məlumatlandırıb. Tədbir fikir mübadiləsi əsasında davam edib, iştirakçıların sualları cavablandırılıb. Həmçinin, Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə hazırlanmış “ETERNITY” (Əbədilik) musiqi albomu dünyanın müxtəlif ölkələrindən gələn həmvətənlərimizə təqdim edilib.  

Tədbir Azərbaycan Ordusunun yaradılmasının 103 illiyinə həsr olunan  konsert proqramı ilə davam edib.

Digər Xəbərlər