Almaniya, Böyük Britaniya və Azərbaycanda yerləşən “Azərbaycan Diplomatik Akademiyası” -da (ADA) Zəfər Gününə həsr olunmuş guşələr yaradılıb

Almaniyanın Bremen şəhərində fəaliyyət göstərən “Azerbaijan Society Team”- in təşəbbüsü və Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə Vətən müharibəsində qazandığımız Şanlı Qələbəyə həsr olunan Zəfər Günü münasibətilə Almaniyanın Bremen şəhərində, Böyük Britaniyanın London şəhərində və Azərbaycanda yerləşən “Azərbaycan Diplomatik Akademiyası” -da (ADA) guşələr yaradılmışdır.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin birinci ildönümü münasibətilə “8 November – Victory Day” adlı layihə çərçivəsində yaradılmış guşələrdə 1 rolap və 1 poster yerləşdirərək orada yaşayan xarici vətəndaşlara "Dəmir Yumruq" əməliyyatı və ölkəmizin əldə etdiyi Şanlı Qələbə haqqında geniş məlumatlar verilmişdir.

Həyata keçirilmiş layihə çərçivəsində yaradılmış guşələrlə yanaşı igid şəhidimiz Xudayarın səsləndirdiyi ifa və digər qələbə ruhlu musiqilərimiz səsləndirilmişdir.

 “Azerbaijan Society Team”- in sosial şəbəkə hesablarından əlavə məlumat əldə edə bilərsiniz.

Facebook:  https://m.facebook.com/azerbaijansocietyteam/

Instagram:  https://instagram.com/azerbaijansocietyteam?igshid=vxkn8cmzk02n

Web sayt:  https://www.azerbaijansocietyteam.com/

Digər Xəbərlər