"Milli dərs" layihəsi bir yaşını yeni veb səhifəsi ilə qeyd edir

Bu gün Niderland Krallığında yaşayan soydaşımız Sevinc Əliyeva tərəfindən yaradılan  "Milli Dərs" virtual layihəsinin  bir ili tamam olur. Uşaqların Beynəlxalq Müdafiəsi günündə yaranan bu layihənin məqsədi  dünyanın müxtəlif ölkələrində yaşayan bilinqvial Azərbaycanlı ailə və uşaqlara Ana dili, tarix və mədəniyyətimiz  barədə onlayn dərslərin təşkilidir. Dərslər Azərbaycan və Avropada çalışan  peşəkar  müəllimlər tərəfindən ən müasir təhsil formatı olan  edutainment (education+entertainment)  formatında və eyni zamanda, bir neçə dildə (ingilis,fransız,alman,italyan,rus) təqdim olunur.

Ötən bir il ərzində  Milli Dərs layihəsi nəinki Azərbaycanlı ailələr, həmçinin, əcnəbi vətəndaşların marağına da səbəb olmuşdur. Belə ki, Azərbaycan dilini öyrənmək məqsədilə dərslərə Finlandiya,Yaponiya, Niderland və Ukrayna əsilli tələbələr də qoşulmuşdur.

Müsahibələrində Sevinc xanım qeyd etmişdir ki, bu layihəni həyata keçirməkdə əsas məqsədlərdən biri də 50 milyon insanın danışdığı Azərbaycan dilinin populyarlaşması və yaxın gələcəkdə bu  layihənin  Duolingo, Babbel, Lingokids kimi məhşur resursa çevrilməsidir. Bu məqsədlə Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən Milli Dərs layihəsinin  inkişafı üçün müvafiq  dəstək göstərilmişdir ki, nəticədə layihənin yeni veb səhifəsi ərsəyə gəlmişdir.

Layihə ilə daha ətraflı şəkildə aşağıdakı linkdən tanış olmaq mümkündür:

www.milliders.com

Digər Xəbərlər