“Keyfiyyətli Başlanğıc - Keyfiyyətli Nəticə” adlı kitab çap olunub

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə liderlik və təşkilati mədəniyyətlə bağlı geniş məlumatı özündə əks etdirən "Keyfiyyətli Başlanğıc – Keyfiyyətli Nəticə: Qayğıkeş İş Yerləri İşçiləri Əlindən Gələni Etməyə Ruhlandırır” adlı kitab Azərbaycan dilinə tərcümə edilərək çap edilib. Kitabın müəllifi Kanadanın Vankuver şəhərində yaşayan soydaşımız Natella İsazadədir.  

Daha əvvəl istifadə olunmuş idarəetmə metodlarının artıq müasir təşkilatlar üçün uyğun olmadığını göstərən bu kitab biznes liderlik və menecment sahələrində bilik və bacarıqlarını artırmaq istəyən müəllim və tələbələr üçün əhəmiyyətli vəsait hesab edilir. 

Kitab iş yerlərində müxtəlif rəhbər vəzifələrdə çalışan menecerlərin, hazırda təhsil alan tələbələrin və gələcək liderlərin düşüncə tərzinin inkşafına töhfə verəcəkdir.

Kitabda həmçinin əməkdaşların həvəsləndirilməsi, şirkətin səmərəliliyinin artırılması, müsbət dəyişikliklərə nail olunması istiqamətində dəyərli tövsiyyələr yer almaqdadır.

Qeyd edək ki, ABŞ’da Dövlət idarəçiliyi üzrə magistr təhsili almış Natella İsazadə Keyfiyyət, Risk, Əməyin Mühafizəsi Sağlamlıq və Təhlükəsizlik Texnikası sahəsində mütəxəssis, natiq və yazıçıdır.

Oxucular kitabı şəhərimizin kitab mağazalarından əldə edə bilərlər.

Digər Xəbərlər