Budapeştdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi və Budapeşt şəhərindəki Azərbaycan Evinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə, Türk Dövlətləri Təşkilatının Budapeştdəki Nümayəndəlik Ofisinin rəhbəri Yanoş Hovari, Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli çıxış ediblər.

Tədbir bədii hissə ilə davam etmişdir. İlk olaraq Macarıstandaki azyaşlı həmvətənlərimizin təbrik videosu qonaqlar üçün nümayiş edilib. Sonda musiqili hissə ilə davam etmişdir.

Bədii hissədən sonra qonaqlar üçün ziyafət təşkil edilib.

Digər Xəbərlər