Diaspor Gənclərinin II Yay Düşərgəsi layihəsinin seçim nəticələri açıqlanıb.

Xaricdə yaşayan gənc həmvətənlərimizin tarixi vətənləri ilə bağlılığının daha da möhkəmləndirilməsi məqsədilə həyata keçirilən Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsi 8-14 iyul 2019-cu il tarixində Şamaxı şəhərində yerləşən Vergilər Nazirliyinin Tədris Mərkəzində keçiriləcəkdir. Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2019-cu il tarixli Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamını nəzərə alaraq Azərbaycan Diaspor Gənclərinin II Yay Düşərgəsi layihəsi bu il İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunacaqdır.

Bu il yenidən təşkil olunacaq layihənin seçim mərhələsi bitib. Dünyanın 51 ölkəsindən yüzlərlə müraciət daxil olan layihəyə seçim iki mərhələdən ibarət olub. Məhdud seçim siyahısında müraciət daxil olan hər bir ölkənin təmsil olunmasını və seçim meyarlarını nəzərə alaraq müraciətlər dəyərləndirilib.

Hər il keçirilməsi nəzərdə tutulan layihə ilk dəfə 2018-ci ildə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilib. Düşərgə müddətində gənclər bir çox ekskursiyalarda, yerli və xarici mütəxəssislərin iştirakı ilə müxtəlif mövzularda təlimlərdə, yarışlar və digər panellərdə iştirak edəcəklər. Layihə yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılacaq.

Digər Xəbərlər