Almaniyanın Humbolt Universitetində "Bakının multikultural həyatında almanların rolu" adlı konfrans keçirilib

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə Almaniyanın Berlin şəhərində Humbolt Universiteti və Almaniya azərbaycanlılarının “Birlik, İnteqrasiya və Biznes-İnkişaf Mərkəzi”nin təşkilatçılığı və alman tarixçilərin iştirakı ilə “Bakının multikultural həyatında almanların rolu” adlı konfrans keçirilib.

Konfransda alman tarixçi alimləri və professorlar Döke Volfqanq, Geike Rainer, Tamara Tşernova, Konqrad Günter və universitetin fakültə dekanı, professor Aux Eva-Mariya, azərbaycanlı tədiqatçı Fuad Axundov, eyni zamanda təşkilatçı Mərkəzin sədri, Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Emin Salayev, qurumun fəalları Fərid Tağıyev, doktor Adil Bayramov, diaspor nümayəndələri və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən A.Eva-Mariya alman ailələrin Azərbaycanda ilk olaraq Helenendorf və Annenfeld ərazilərində (indiki Gəncə, Şəmkir və Qazax ərazilərində) məskən saldığını qeyd edərək tarixən tolerant və mədəni müxtəlifliyə malik Azərbaycanda almanların mədəni inkişafından bəhs edib. Xüsusilə, Bakıda hazırda da qorunub saxlanılan alman mədəni abidələrindən söz açıb: "Biz uzun araşdırımlarımızla Qafqazdan Qars əyalətinə qədər hər nüansı izlədik. Bu bölgədə tarixən indiyə qədər azərbaycanlılar ilə yanaşı gürcülərlə də almanların bağlılğını tapsaq da bu barədə ermənilər ilə bağlı heç bir izə rast gəlmədik. Bu bölgədə ümumiyyətlə ermənilərlə əlaqəli heç bir mədəni iz yoxdur.”

Konfransda tədqiqatçı Fuad Axundov Bakıdakı tarixi binalarda və digər layihələrdə almanların izi ilə bağlı slaydlardan ibarət geniş mühazirə söyləyib. Konfrans iştirakçıların qarşılıqlı disskusiyaları ilə davam edib.

Digər Xəbərlər