Yunanıstanda keçirilən Multilinqualizm Festivalında Azərbaycan təmsil olunub

Yunanıstanın Saloniki şəhərində Bələdiyyənin təşkilatçılığı ilə "Multilinqualizm Festivalı" keçirilib. Festival çərçivəsində Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən "Azərbaycan günləri" adlı layihə təşkil olunub. Bir çox ölkənin qatıldığı beynəlxalq festivalda Azərbaycan guşəsində ölkəmizin milli mətbəx nümunələri təqdim olunub. Saloniki şəhərində yaşayan və layihənin təşkilatçıları olan azərbaycanlılar ölkəmizin əsrarəngiz təbiəti, qədim tarixi, zəngin mədəniyyəti, musiqisi, mətbəxi, həmçinin turizm imkanları barədə festival iştirakçılarına, qonaqlara ətraflı məlumat veriblər.

Digər Xəbərlər