Azərbaycan Diasporuna Dəstək Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

10 oktyabr 2019-cu il tarixində Azərbaycan Diasporuna Dəstək Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda baxılması üçün Müşahidə Şurasına Fondun elektron sisteminə diaspor təşkilatları və nümayəndələri tərəfindən cari ilin sentyabr ayı müddətində daxil olan 24 layihə təqdim olunub. Şura diaspor təşkilatları tərəfindən ünvanlanan 11 layihənin maliyyələşməsinə, 7 layihənin maliyyələşməsindən imtina edilməsinə, həmçinin fərdi lahiyə müraciətləri arasından 3 layihənin maliyyələşməsinə və 3 layihənin maliyyələşməsindən imtina edilməsinə qərar verilib. Müraciətçilər elektron poçt vasitəsilə məlumatlandırılacaqlar.

Digər Xəbərlər