Fondun İcraçı direktoru İsveçrədə səfərdə olub

Diasporla iş üzrə Dövlət komitəsinin nümayəndə heyətinin iştirakı ilə Sürix və Bern şəhərlərində rəsmi şəxslər, burada yaşayan soydaşlarımız, eləcə də türk icmasının nümayəndələri ilə görüşlər keçirilib.

Səfər çərçivəsində nümayəndə heyəti Bern şəhərində fəaliyyət göstərən Qarabağ məktəbində də olub, şagirdlərə Azərbaycan dilində dərsliklər, eləcə də ingilis dilində olan “Qarabağ”, “Qarabağ xalçaları”, “Azərbaycan mətbəxi” və “Azərbaycan mədəniyyəti” kitabları hədiyyə edilib. Məktəbin kollektivi və valideynlərlə görüşdə təhsil ocağının fəaliyyətinə dair təkliflər dinlənilib, layihənin davamlılığı və inkişafı üçün gələcəkdə də dəstək verəcəyi vurğulanıb.
Daha sonra nümayəndə heyəti Bern şəhərində yerləşən Olresto Konqres Mərkəzində İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının toplantısında iştirak edib. Toplantıda Şuranın əlaqələndiricisi Qasım Nəsirov Koordinasiya Şurasının fəaliyyəti, son dövrlər görülən işlər barədə məlumat verib, diaspor təşkilatlarından Şuraya daxil olmuş layihələr nəzərdən keçirilib, təkliflər səsləndirilib və görüləcək işlər müzakirə olunub. Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev fondun təqdimatını həayat keçirmiş və  bu il Fondun dəstəyi ilə gerçəkləşdiriləcək layihələr, o cümlədən Diaspor Gənclərinin II Yay Düşərgəsi layihəsi haqqında məlumat verib. Şura üzvləri Fondun layihələrində iştirak etmək üçün elektron qeydiyyat sistemi haqqında məlumatlandırılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər