Pekində Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib
Çin Xalq Respublikasının Pekin şəhərində Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı ilə Fondun təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin müşaviri Əyyar Hüseynov, I katib Samir Məmmədov, Fondun icraçı direktorunun müavini Aytən Əliyeva, Fondun müvafiq ölkə üzrə əlaqələndirici əməkdaşı Zeynəb Sabirli və 40-dək diaspor nümayəndəsi iştirak edib.
Səfirliyin müşaviri Əyyar Hüseynov, birinci katib Samir Məmmədov dövlətimizin xarici ölkələrdə yaşayan azərbaycanlıların problemlərinin həlli istiqamətində gördüyü işlərdən danışıblar.
Aytən Əliyeva tədbir iştirakçılarına Fondun yaranma məqsədi və fəaliyyət sahələri haqqında ətraflı məlumat verib. O bildirib ki, diaspor təşkilatlarının, eləcə də xaricdə yaşayan ayrı-ayrı soydaşlarımızın layihələrinin həyata keçirilməsində, innovativ ideyalarının dəstəklənməsində Fond əhəmiyyətli rol oynayacaq. Daha sonra tədbir iştirakçıları ilə gələcək fəaliyyət sahələri haqqında müzakirələr aparılıb, Fonda müraciətlə bağlı sualları cavablandırıb.