Azərbaycanlı startapçılar Çində Gənc Sahibkarlar Forumunda iştirak ediblər

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə azərbaycanlı gənc sahibkarlar və startapçılar Asiya-Afrika Gənclər Festivalı çərçivəsində keçirilən Gənc Sahibkarlar Forumunda iştirak ediblər.

Layihə gənc sahibkarlara və startapçılara bizneslərinin inkişafı üçün dəstək olmaq, onların davamlı ünsiyyəti və innovativ ideyaları həyata keçirmələrinə töhfə vermək, təcrübə mübadiləsi üçün vahid platforma yaratmaq, həmçinin gənclərə öz bizneslərini inkişaf etdirmək üçün bir sıra imkanlar yaratmaq məqsədilə həyata keçirilib. Tədbirdə “Asiya-Afrika gənc sahibkarları üçün yeni imkanlar və təcrübələr”, “Sahibkarlığın təbliği üçün tərəfdaşlığı gücləndirmək”, “İpək yolu regionunda gənc sahibkarlığın inkişafı: təşəbbüslər və layihələr” mövzuları üzrə panel müzakirələri keçirilib.  

Digər Xəbərlər