Stokholmda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin nümayəndələri, İsveçin elm və mədəniyyət xadimləri, KİV, yerli ictimaiyyət, Azərbaycan və türk diaspor üzvlərinin iştirakı ilə Stokholmda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və "Azərbaycan Naminə" ictimai birliyinin təşkilatçılığı ilə həyata keçirilib. Azərbaycan əsilli isveçli fəal Siyavuş Dərəxti və “Global Impact” şirkətinin təmsilçisi Thomas Axen Haraldson Azərbaycan haqqında təqdimatlarla çıxış ediblər. “Azərbaycan naminə” təşkilatının sədri Nadir Hollenbrand çıxış edərək İmadəddin Nəsiminin Azərbaycan poeziyasına və Şərq dünyasına böyük təsirindən bəhs edib. Daha sonra tədbir bədii hissə ilə davam edib.

Digər Xəbərlər