Marneulidə “Nizami Gəncəvi və Şota Rustaveli” adlı bədii tədbir keçirilib
Marneulidə "Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi"nin (GAİM) təşkilatçılığı ilə “Nizami Gəncəvi və Şota Rustaveli” adlı bədii tədbir keçirilib.
Tədbirdə dahi Azərbaycan mütəffəkiri, şairi Nizami Gəncəvinin eləcədə görkəmli gürcü şairi və yazarı Şota Rustavelinin əsərlərindən parçalar təqdim olunub. Tədbirdə Azərbaycanlı ziyalılarla yanaşı Gürcü ictimaiət nümayəndələri də iştirak ediblər. Gürcüstanda ilin müəllimi seçilmiş Giorgi Caucidze və professor Mahmud Kamal oğlu çıxış edərək belə tədbirlərin əhəmiyyətindən danışıblar. Tədbirin sonunda Müslüm Maqomayevin baş rolda çəkildiyi "Nizami" filmindən fraqmentlər nümayiş olunub, onun ifasında "Sənsiz" romansı tamaşaçıların diqqətinə çatdırılıb.
Tədbirin sonunda mərkəzin bir qrup müəllim və şagirdləri Marneulidə "The-House" mərkəzinin önündə Nizami Gəncəvi və Şota Rustaveliyə qoyulan abidəni ziyarət edərək önünə gül dəstələri qoyublar.