Almaniyada azərbaycanlı bəstəkarın konserti keçirilib

Azərbaycan Diasporuna Dəstək Fondu və Şimali Reyn-Vestfaliya Regionunun Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə Almaniyanın Detmold şəhərindəki “Sommertheater” konsert zalında azərbaycanlı bəstəkar, Detmold Konservatoriyasının və Paderborn Universitetinin dosenti Xədicə Zeynalovanın “Henrix və Leyla” («Heinrich und Leyla») adlı müəllif konserti keçirilib. Konsert Almaniya Federativ Respublikasının 70 illiyinə və Azərbaycanda ilk alman koloniyasının yaranmasının (1819) 200 illiyinə həsr olunub.12 hissəli "Henrix və Leyla" simfonik əsəri “Bridge of sound” kamera orkestrinin ifasında səsləndirilib. Əsərin mövzusu alman Henrixin və azərbaycanlı Leylanın məhəbbəti haqqındadır.

Digər Xəbərlər