Azərbaycan Fransada "Ləziz Yeməklər" festivalında təmsil olunub

15-17 noyabr tarixində Parisin ən görkəmli sarayı Böyük Sarayda (Grand Palais) keçirilən "Ləziz Yeməklər" Festivalında (Festival du bien-manger) ölkəmiz təmsil olunub. Tədbir Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilib. 120 yerli iştirakçı, 13 ölkə, 30-dan çox tanınmış aşpazın qatıldığı Festival Fransanın ən böyük beynəlxalq bazarı olan Rungisin 50 illik yubileyinə həsr olunub. Məhşur fransız aşbazı Cyril Rouquet Provostun aparıcılığı ilə Azərbaycanın zəngin mətbəxi, milli bayramları, adət-ənənələri haqqında iştirakçılara geniş məlumat verilib.

Digər Xəbərlər