Azərbaycan Diasporuna Dəstək Fondu beynəlxalq konfransda təmsil olunub

23 noyabr 2019-cu il tarixində Koreyanın İnha Universitetində keçirilən beynəlxalq konfransda Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib. Konfrans Beynəlxalq Araşdırmalar Fondu və Multikultural Tədqiqatlar İnstitutu tərəfindən təşkil olunub. Transmilli cəmiyyət, mədəniyyətlərarası əlaqə və multikulturalizm mövzusunda keçirilən konfransda dünyanın məşhur universitetlərindən professorlar, elm işçiləri iştirak ediblər. Fondun mütəxəssisi və ölkə üzrə koordinatoru Zeynəb Sabirli tədbir iştirakçılarına Fondun fəaliyyəti haqqında məlumat verib. Daha sonra əməkdaşlıq edilə biləcək mövzular üzrə müzakirələr aparılıb.

Digər Xəbərlər