Fondunun icraçı direktoru Elşad Əliyev Moskvadakı Azərbaycan Mədəniyyət Mərkəzində olub
Noyabrın 26-da Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin tərkibində Rusiyaya səfər edib. Səfər çərçivəsində M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə baş çəkilib. Heydər Əliyev Fondunun dəstəyilə yaradılan mərkəzdə "Azərbaycan dili" və "Azərbaycan tarixi" fənləri tədris olunur.Görüşün sonunda mərkəzə Azərbaycan tarixinə və mədəniyyətinə həsr olunmuş kitab hədiyyə olunub.