Fransada Azərbaycan elmi diasporunun ilk görüşü keçirilib
14 dekabr 2019-cu il tarixində Fransa Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə Fransada elm sahəsində çalışan və elmi fəaliyyətlə məşğul olan azərbaycanlıların ilk görüşü keçirilib. Görüşdə Fransanın bütün regionlarından gələn 50–dək azərbaycanlı elmlər namizədləri (PhD) və doktorantlar, həmçinin magistr tələbələri iştirak ediblər. Tədbirdə Fransada elmi diasporun gələcək məqsədləri, vəzifələri, öhdəlikləri ətrafına fikir mübadiləsi aparılıb və Fransanın elm ocaqlarında elmi iş yazan və bu titulu artıq əldə etmiş həmvətənlərimizin bir araya gətirilməsi və təşkilatlanması üçün elmi diasporun yaradılması qərara alınıb.