Vyanada Azərbaycan Diaspor Gənclərinin Görüşü keçirilib

1-2 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Heydər Əliyev Fondunun və ölkəmizin Avstriyadakı səfirliyinin dəstəyi ilə Vyana şəhərində Gənclər Günü münasibətilə "Azərbaycan Diaspor Gənclərinin Görüşü" layihəsi keçirilib. Layihənin açılış mərasimində Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusibova, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev, icraçı direktorun müavini Aytən Əliyeva və Azərbaycan diasporunun fəal üzvləri çıxış ediblər. Layihə çərçivəsində işçi qruplarda “Milli kimlik və diaspor siyasəti”, “Sahibkarlıq və innovasiya”, “Əməkdaşlıq və təhsil” mövzularında, eyni zamanda, gənclərin mədəniyyət, turizm və idman sahələrində fəaliyyətinə dair debatlar təşkil olunub. Görüşdə ABŞ, Kanada, Rusiya, Türkiyə, İsrail, Çin, Cənubi Koreya, Gürcüstan və Avropa ölkələrindən azərbaycanlı gənclər iştirak edirlər.  

Digər Xəbərlər